Azərbaycan kitabxanalarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi genişləndirilir
2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin ən geniş sahələrindən biri olan kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi nazirliyin fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə MTN-in ötən il ərzində gördüyü işlərə dair hesabatında deyilir.
Hesabat dövründə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxanaların informasiyalaşdırılması, onların müasir avadanlıq, informasiya texnologiyaları ilə təmin olunması, kitabxanaçıların kompüter biliklərinin artırılması istiqamətində mühüm işlər görülüb.
Kitabxanaların multimedia fondlarının zənginləşdirilməsi məqsədi ilə bir sıra əhəmiyyətli işlər həyata keçirilib və Dövlət Proqramının icrasına uyğun olaraq layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində M.Seyidzadə adına uşaq kitabxana filialı - kitab mağazasında şəhər (rayon) kitabxanalarının multimedia nəşrləri ilə zənginləşdirilməsi məqsədi ilə multimedia resurslarının (CD, DVD, elektron kitab, elektron dərslik) satışı, habelə Azərbaycan və rus dillərində hazırlanmış multimedia tədris resurslarına abunə yazılışı təşkil edilib.
Eyni zamanda, kitabxanalarda yeni şöbələr (Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, informasiya-resurs) və ştatlar (multimedia mütəxəssisi, operator, kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis, sistem inzibatçısı, proqramçı) yaradılıb.
Bundan əlavə, kitabxanaçıların təhsili, o cümlədən bilik və bacarıqlarının inkişafına nazirlik tərəfindən xüsusi önəm verilib: “Bununla əlaqədar Rusiya Federasiyasının Mədəniyyət, İncəsənət və Turizm İşçilərinin Yenidən Hazırlanması Akademiyası tərəfindən 10 Azərbaycan mütəxəssisi üçün “Kitabxanaların fəaliyyətində İnternet texnologiyalarının tətbiqi” proqramı üzrə distant təhsil kursu təşkil olunub və kitabxanaçılar sözügedən kurslarda iştirak ediblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.
Bununla yanaşı, nazirliyin sisteminə daxil olan respublika əhəmiyyətli kitabxanaların və şəhər (rayon) MKS-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində əməli işlər həyata keçirilib: “Bu məqsədlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKS-nə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Füzuli rayon MKS-nə kompüter, printer, skaner və s. avadanlıqlar əvəzsiz olaraq verilib”.
Həmçinin, nazirlik tərəfindən Dövlət Proqramının icrası məqsədi ilə yaradılmış veb-saytların və elektron kataloqların monitorinqi aparılıb, monitorinq nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə monitorinqin nəticələri şəhər, rayon MKS-nə göndərilib və müvafiq tapşırıqlar verilib. Hesabat dövründə Azərbaycan kitabxanaları üçün zəruri olan hazır biblioqrafik təsvirlərin Rusiya Milli Kitabxana İnformasiya Mərkəzindən (LİBNET) alınması sözügedən təşkilatla razılaşdırılıb.
Bundan əlavə, Azərbaycan Milli Kitabxana İnformasiya Mərkəzi (AZLİBNET) yaradılıb. Artıq AZLİBNET-in veb-saytı hazırlanıb, toplu kataloqun yaradılmasında bir sıra işlər görülüb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL