“Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” təkliflər AMEA-nın iclasında təsdiqlənib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 5 noyabr 2012-ci il tarixində ölkə iqtisadiyyatının davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” (“YT Park”) fərman imzalayıb.
Yüksək Texnologiyalar Parkında informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması nəzərdə tutulur.
“YT Park”ın səmərəli fəaliyyəti üçün təkliflər
Bununla əlaqədar AMEA-nin Rəyasət Heyəti 21 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 5 noyabr 2012-ci il tarixli fərmanın icrası haqqında 258№-li sərəncam qəbul edib. Bu sərəncama əsasən AMEA “Kibernetika və informasiya texnologiyaları üzrə problem şurası”na, bir ay müddətində “YT Park”da aparılacaq elmi tədqiqat və təcrübə-konstruktor işlərinin səmərəli təşkili məqsədilə respublikanın, eləcə də xarici elmi texniki və innovasiya sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsi üçün təklifləri hazırlayıb, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim etməyi barədə tapşırıq verilib. Bu barədə “Rabitə dünyası”na AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, AMEA-nin bu sərəncamını yerinə yetirmək məqsədi ilə Kibernetika İnstitutu “YT-Park” həyata keçirə biləcək layihə təkliflərini toplamaq üçün müvafiq iclas keçirib, layihə təklifləri toplanıb, Elmi Şurada təsdiq edilib.
Kibernetika İnstitutunun “YT-Park” həyata keçirə biləcək layihə təklifləri 27 Dekabr AMEA Kibernetika və İnformasiya Texnologiyaları üzrə Problem Şurası”nın iclasında təsdiq olunub.
Anomal Seysmik Proseslərin “Robust Noise Monitoring” stansiyasının yaradılması və sınaqdan keçirilməsi də təklif olunur
İnstitut tərəfindən irəli sürülən təkliflərə gəlincə, buraya Anomal Seysmik Proseslərin “Robust Noise Monitoring” (RNM ASP) stansiyasının yaradılması və sınaqdan keçirilməsi, “RNM ASP” stansiyalarının şəbəkəsinin yaradılması və istismara verilməsi, dərinlik neft-qaz platforma və estakadalarının seysmodayanıqlığının dəyişməsinin gizli dövrünün “Robust Noise Monitoring” sisteminin yaradılması, qazma prosesində qəzaların gizli dövrünün “Robust Noise Monitoring” qurğusunun yaradılması və istehsalı daxildir.
Bundan başqa, təkliflərdə neftçıxarma müəssisələrinin “Robust Noise Monitoring” nəzarət və idarəetmə avadanlıqlarının istehsalının təşkili, quyuların robust kontrolleri, trap ölçü qurğularının kontrolleri, mancanaq dəzgahının dönmə bucağını və pardaxlanmış ştokun üzərinə düşən qüvvəni eyni zamanda ölçməyə imkan verən ikiölçülü verici, qazın sərfini ölçən qurğu, qüvvə çeviriciləri, gediş və ya dönmə bucağı çeviriciləri, güc ölçənlər, rabitə vasitələri, neftçıxarma obyektləri üçün quyuların debitini ölçən intellektual qurğuların və onların idarəetmə avadanlıqlarının yaradılması və istehsalı, Debitin “Trap” tipli ölçü sistemi vasitəsilə ölçülməsinin intellektual idarə qurğusunun yaradılması və istehsalı da yer alıb. Dərinlik nasoslu neft quyularının texniki vəziyyətinin dəyişməsinin gizli dövrünün hibrid “Robust Noise Monitoring” stansiyasının yaradılması və istehsalı, dərinlik nasoslu neft quyularının vatmetroqramlarının intellektual “Robust Noise Monitoring” və diaqnostika sisteminin yaradılması və istehsalı, neft kəmərlərində və terminallarında texnoloji parametrlərə kompleks nəzarət, informasiya-ölçmə və idarəetmə intellektual sisteminin yaradılması və istehsalı, hündür binaların seysmodayanıqlıqlarının dəyişmələrinin gizli dövrünün paylanmış intellektual “Robust Noise Monitoring” sisteminin yaradılması və sınaqdan keçirilməsi, hündür binaların və strateji obyektlərin seysmik dayanıqlığına nəzarət üçün Lokal Nəzarət Sisteminin yaradılması və istehsalı, kompressor stansiyalarının vibrasiya vəziyyətinin intellektual “Robust Noise Monitoring” sisteminin yaradılması və istehsalı, müxtəlif istismar şəraitlərində işləyən mühərriklər üçün vibrasiya vəziyyətinin RNM texnologiyaları ilə monitorinqi sisteminin yaradılması və istehsalı, asinxron mühərriklərin fırlanma sürətini Robust tənzim etmək üçün tezlik çeviricilərinin istehsalının təşkili, avtomobillər, təyyarələr, tanklar, gəmilər və s. üçün vibrasiya vəziyyətinin mobil RNM diaqnostika sisteminin yaradılması və istehsalı, sərgi eksponatlarının hazırlanması üzrə xüsusi dizayn emalatxanasının yaradılması, dinamoqram və vatmetroqramların alınmasının, imitasiyası və diaqnostikası üçün neft quyusunun maketi, “RNM ASP” stansiyası maketi; hündür binaların seysmik stabilliyini yoxlamaq üçün maket; böyük həcmli informasiyaların ötürülməsini təmin edən İnternet rabitəsi maketi və s., müasir texnologiyalar əsasında işləyən istixana sistemlərinin layihələndirilməsi, yaradılması və istehsalı da təkliflərə daxildir.
Təkliflərdə ürək-damar sisteminin patoloji proseslərinin gizli dövrünün mobil telefon vasitəsilə monitorinqi cihazının işlənilməsi və istehsalı da var
İnstitut tərəfindən irəli sürülən digər təkliflərə ürək-damar sisteminin patoloji proseslərinin gizli dövrünün mobil telefon vasitəsilə monitorinqi cihazının işlənilməsi və istehsalı, yanacaqdoldurma məntəqələri üçün kolonkaların və onların mərkəzləşmiş sistemlərinin yaradılması və istehsalı, hidro, istilik və atom elektrik stansiyalarının təhlükəsiz istismarını təmin edən “Robust Noise Monitoring” texnologiyaları və sistemlərinin yaradılması, Kür çayı üzərindəki hidroelektrostansiyaların texniki avadanlıqlarının seysmodayanıqlıqlarının dəyişməsinin “Robust Noise Monitoring” sisteminin yaradılması, Kür çayı üzərindəki hidroelektrostansiyaların su anbarlarının səviyyəsini tənzimləməklə daşqınlar zamanı baş verə biləcək qəzaların nəticəsindəki zərərlərin minimumlaşdırılmasına imkan verən riyazi modellərin və proqram təminatının yaradılması, gücdən düşmüş neft yataqlarının səmərəli rejimdə istismarı üçün tələb olunan riyazi modellərin yaradılması və eksperimentlərin keçirilməsi və tətbiq edilməsi, müxtəlif regionlarda və müxtəlif dərinliklərdə anomal seysmik proseslərin koordinatlarının təyin edilməsinin modellərinin, alqoritmlərinin və proqram təminatının yaradılması da daxildir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL