Ötən il mobil telefon rabitəsindən daha çox gəlir əldə edilib
İnformasiya və rabitə sektoru öz inkişaf sürətinə görə iqtisadiyyatın digər sahələrini qabaqlayıb, ötən ildə təsərrüfat subyektlərinə və əhaliyə 1,4 milyard manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 15,9 faiz çox xidmət göstərilib.
"ICTnews" elektron xəbərə xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faiz təşkil edib. Xidmətlərdən əldə olunmuş gəlirlərin 60,4 faizi mobil telefon rabitəsindən yaranıb və 2011-ci illə müqayisədə bu xidmətlərin həcmi 12,2 faiz artaraq 859,9 milyon manat təşkil edib.
2012-ci ilin yanvar-noyabr aylarında informasiya və rabitə müəssisələrində 25,7 min işçi çalışıb, onların orta aylıq əmək haqqı 620,7 manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 9,3 faiz artıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL