waplog

Ölkədə televizor istehsalı 27,2 faiz artıb


2012-ci ildə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul istehsalının həcmi 331,6 milyon manat olub.

“ICTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 1,8 dəfə artıb. İl ərzində 190 ədəd güc transformatorları, 5,2 min ədəd məişət soyuducuları istehsal edilib, televizorların istehsalı 27,2 faiz artıb. 2013-cü il yanvarın 1-nə müəssisələrin anbarlarında 46,1 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 15,8 faizi qədər hazır məhsul ehtiyatı qalıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL