Şura layihə təkliflərini elektron formada qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il ərzində bütün fəaliyyətini elektron formaya keçirəcək.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Şuranın sədri, millət vəkili Azay Quliyev qurumun informasiya portalına danışıb. O qeyd edib ki, Şura QHT-lərin hesabatlarını elektron formada qəbul edəcək, bir müddət sonra isə layihələrin də elektron formada qəbul edilməsini planlaşdırır.
Onun sözlərinə görə, Dövlət Dəstəyi Şurası Azərbaycanda həyata keçirilən “elektron hökumət” layihəsinə töhfə vermək və bununla, öz fəaliyyətində şəffaflığı daha da artırmaq məqsədilə 2013-cü ilin maliyyə yardımı müsabiqəsinə QHT layihələrini yalnız elektron formada qəbul etmək haqqında qərar qəbul edib.
Azay Quliyev qeyd edib ki, layihə təkliflərinin elektron formada qəbul edilməsi QHT-lərə vaxta qənaət etməklə yanaşı, müsabiqələrə ayrı-ayrı istiqamətlər üzrə daxil olmuş layihələrin sayı, onların hərəkəti və ekspert qiymətləndirməsi haqqında operativ məlumatları internet resursları vasitəsilə əldə etmələrinə də imkan verəcək: «Dövlət başçısı tərəfindən 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub.
QHT-lərə Dövlət Dəstəyi Şurası da bu təşəbbüsə qoşularaq bütün fəaliyyətini elektron formada qurmağı düşünür və informasiya texnologiyalarından geniş yararlanmağa çalışacaq".
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL