waplog

İT direktorlarının 61 faizi “bulud” texnologiyasından istifadə edir


"Cloud Industry Forum" beynəlxalq konfransında İT direktorları (CIO) arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, onların 61 faizi "bulud" texnologiyasından istifadə edir. Buna baxmayaraq, onları da təhlükəsizlik problemi düşündürür.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "bulud" texnologiyasına artan marağa baxmayaraq, əksər CIO indiyə kimi qabaqcıl texnologiyaya keçmək üçün qəti addım atmaqdan çəkinir. Hər il keçirilən "Cloud Industry Forum" beynəlxalq konfransında CIO arasında keçirilmiş sorğunun nəticəsinə görə, 2011-ci ildə iş prosesində "bulud" texnologiyasından istifadə edən İT direktorlarının sayı 61 faiz təşkil edib.

Lakin respondentlərin cəmisi 12 faizi "bulud" texnologiyasının təhlükəsizliyinə inandığını ifadə edib. İT direktorları olduqca çətin vəziyyətə düşüblər. Belə ki, iş prosesində "bulud" texnologiyalarından imtina edilməsi nəticəsində şirkətlər bir sıra üstünlüklərdən (iş operativliyi, xərclərin azaldılması) məhrum olacaq. Lakin kibercinayətkarın "bulud"a daxil olaraq mühüm məlumatı ələ keçirdiyini nəzərə aldıqda şirkətlər ondan imtina etməyi üstün tutur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL