waplog

Bölgələrdə İPTV xidmətlərinin göstərilməsi məqsədilə 1 qiqabit tutumlu port təşkil olunub


Bölgələrdə İPTV və multimedia xidmətlərinin göstərilməsi məqsədilə “DWDM” şəbəkəsi üzərindən 1 qiqabit tutumlu port təşkil olunub. Bu barədə “Aztelekom” İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Ucar və Ağdaş TKQ-lərin abunəçiləri test aparılması məqsədilə İP TV xidmətinə qoşulub. Birlik üzrə ilk dəfə İPTV xidməti Şamaxıda tətbiq edilib. Qovşağın şəbəkəsinin NGN texnologiyası ilə əvəzlənməsi bu imkanlığı yaradıb.

Baş direktor daha sonra bildirdi ki, İPTV genişləndirilməsi telefon abunəçilərinə geniş imkanlar verib. “Bu, yeni xidmət olsa da, vətəndaşların böyük marağına səbəb olan xidmətdir. Bu xidmətin daha da inkişaf etdirilməsi və sadələşdirilməsi xidmətə olan marağı bir qədər də artırıb. Vətəndaşlara müasir multimedia xidmətlərinin göstərilməsi üçün şəbəkə müasir texnologiyası əsasında qurulur. Yeni nəsil şəbəkə texnologiyası istifadəçilərə telefon rabitəsindən başqa, video və mətn verilişi xidmətlərini də təqdim edir.

Bu yeni şəbəkənin tətbiqi abunəçilərə rahat rabitə ilə yanaşı, ilk növbədə abunəçilər NGN texnologiyası sayəsində kifayət qədər sürətli internetlə təmin olunurlar. İP kanallar üzərindən televiziyanın və video informasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir.

Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır. Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına veb-səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir” deyə o bildirdi.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL