waplog

Bakının hər bir rayonu üzrə elektron xəritə yaradılır


Bakı və Abşeron rayonu ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin “ArcGİS” proqram təminatında elektron məlumat bazası yaradılır. Artıq bu sahədə Xətai, Suraxanı, Xəzər, Nizami, Nərimanov, Nəsimi rayonları üzrə işlər başa çatdırılıb.
Bu işlər Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması ilə əlaqədar həyata keçirilir. Hazırda elektron bazanın şəbəkə məlumatları ilə tamamlanması işləri paytaxtın Yasamal rayonu ərazisində davam etdirilir. Yeni tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.
Qeyd edək ki, bu elektron xəritə vasitəsi ilə ərazinin vəziyyəti və ərazidaxili planalma elementləri vektorizasiya edilir, ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri üzərində olan bütün avadanlıqlar, qurğular, tikililər və s. əks olunmaqla müasir elektron ölçmə cihazları ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə rayonlar üzrə mövcud qazpaylayıcı şəbəkənin fəaliyyəti təkmilləşir, həmçinin texnoloji sxemin coğrafi məkan məlumatları ilə əlaqəli analizləri aparılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL