Qəribə səslənsə də, lakin karton dəbilqə dizaynının prototipi müsbət qarşılanıb və onu mağazalardan satın almaq mümkün olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "gizmonews.ru" saytına istinadən bildirir ki, Kral İncəsənət Kollecinin tələbəsi Anirudxa Surabhinin hazırladığı "Kranium" velosiped dəbilqəsi Almaniyanın "Abus" qoruyucu sursat istehsalçısının marağına səbəb olmuş və şirkət onun kütləvi istehsal hüququnu əldə etməyə qərar verib. Torşəkilli dəbilqə strukturu ikiqat karton qatından yaradılıb.
Karton dəbilqə elasktikliyi sayəsində ənənəvi velosiped dəbilqələri ilə müqayisədə zərbəyə qarşı 3 dəfə davamlıdır. Böyük Britaniyada yerləşən ixtisaslaşdırılmış laboratoriyalar "Kranium" dəbilqəsini möhkəmlik baxımından sınaqdan keçirib. Bu dəbilqə bir neçə ardıcıl zərbəyə tab gətirə bilər. Bu cür dəbilqənin qiyməti 130 dollar təşkil edir.