“Cricket” sistem vasitəsilə dünyanın 149 ölkəsi ilə poçt göndərişlərinə nəzarət üçün əməkdaşlıq edilir
“Azərpoçt” MMC “Cricket” sistem vasitəsilə hal-hazırda dünyanın 149 ölkəsi ilə poçt göndərişlərinə nəzarət üçün əməkdaşlıq edir. Müəssisədən verilən məlumata görə, sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sistemi vasitəsilə 31 ölkə ilə əməkdaşlıq edilir.
“Azərpoçt” MMC bundan başqa dünyanın 79 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair İnternet vasitəsilə operativ elektron sorğu sistemindən istifadə edir. İkitərəfli razılaşma əsasında Regional Rabitə Birliyinin üzvləri - Qazaxıstan, Moldova, Belarus və Rusiya Milli poçt operatorları ilə qarşılıqlı surətdə sadə məktub korrespondensiyasının nəzarət keçid müddətləri yoxlanılıb.
“Azərpoçt” MMC 2012-ci ildə beynəlxalq bağlamaların EDİ mesajlarının işlənməsi, çatdırılması və “Cricket” sorğu sistemi üzrə ÜPİ tərəfindən təyin olunmuş bonuslara tam olaraq yiyələnib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL