waplog

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planının hazırlığı ilə bağlı məsələlər müzakirə edilib


2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Tədbirlər planının hazırlanması məqsədilə Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb.

Cari ilin yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İşçi Qrupun ilk iclası keçirilib. İclasda nazir Əli Abbasov dövlət başçısının 2013-cü ili İKT ili elan edilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirmiş və bu sahənin daha da inkişafına güclü təkan verəcəyini qeyd etmiş və Tədbirlər Planına salınacaq tədbirlər üzrə prioritet məsələlər barədə fikirlərini bölüşmüşdür.

Qarşıdakı fəaliyyətdə hökumət-özəl əməkdaşlıq modelinin tətbiqinin vacib olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov sərəncamın icrası ilə əlaqədar AMEA-da da ilkin müzakirələrin keçirildiyini və "Tədbirlər Planı"nın hazırlanmasında AMEA-nın fəal iştirak edəcəyini bildirmişdir. İclasda biznes qurumların, vətəndaşı cəmiyyəti təşkilatlarının nümayəndələri çıxış etmiş, İKT ili ərzində görülməli işlər barədə ilkin fikir mübadiləsi aparılmışdır.

Təkliflərin 30.01.2013-cü il tarixinədək qəbul olunması, ümimiləşdirilməsi və Tədbirlər planının layihəsinin 05.02.2013-cü ilədək hazırlanması nəzərdə tutulur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL