waplog

“Aztelekom” İB kənd elektron ATS-də virtual idarəetmə sistemi tətbiq edir


"Aztelekom" İstehsalat Birliyi tərəfindən coğrafi şəraitlə əlaqədar müvafiq avadanlıqlar quraşdırılmaqla Lerik və Yardımlı telefon şəbəkələrində kənd EATS-nin mərkəzdən idarəetmə sistemi istismara verilib.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə məlumatı birliyin telekommunikasiya şöbəsinin rəisi Yaqub Həsənov verib. Onun sözlərinə görə, bu sistem az sayda rayonlarda tətbiq olunub. Sistemin özəlliyi ondan ibarətdir ki, rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd elektron ATS-də hər hansı bir problem baş verdikdə, nömrənin borca görə açılıb bağlanması, servis xidmətlərinə qoşulması zamanı ora getməyə ehtiyac yoxdur.

Bu sistem əsasən çətin relyefə malik dağ rayonlarında tətbiq edilib ki, bu da vətəndaşların telefonlarının daha dayanıqlı işləməsinə xidmət edir.

Y.Həsənov  bildirib ki, bu sistem gələcəkdə digər rayonlarda da tətbiq etdilməklə ümumi idarəetmə sisteminə qoşulacaq. Yəni Bakıda "Aztelekom" İB-nin idarəetmə mərkəzindən də həmin stansiyalarda mühəndis işləri aparmaq mümkün olacaq.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL