waplog

“İntel” Stiven Xokinqə kömək edəcək


Müasir dövrümüzün ən nüfuzlu və tanınmış fizik və kosmoloqlarından biri Stiven Xokinqin sağlamlıq durumu tədricən pisləşir və nəticədə onun ətraf aləmlə "ünsiyyət"inə mənfi təsir göstərir.

Buna görə də alim hazırda istifadə etdiyi mətnin yığılması sürətinin artırılması və fərdi kompüterlə (FK) əlaqə yaratmaq üçün nəzərdə tutulmuş kompüter interfeysini optimallaşdırmaq və təkmilləşdirmək xahişi ilə "İntel" korporasiyasına müraciət edib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, Xokinq iflicdən əziyyət çəkir və üzünün yalnız bəzi əzələlərinə nəzarət edə bilir. O, FK-də işləmək üçün mövqeyini əlifba sırası ilə daim dəyişən kursor vasitəsilə lazımi hərfi seçərək xüsusi interfeysdən istifadə edir.

Hazırda mətnin yığılması sürəti dəqiqədə orta hesabla bir söz təşkil edir. Bununla belə o işləyir və kitablar yazır. Məsələn, Leonard Mlodinov ilə birgə yazdığı "Ali ideya" kitabı bir neçə gündən sonra "Amazon.com" onlayn mağazasında bestseller olmuşdu.

"İntel"in texniki direktoru Castin Rattner bildirib ki, şirkət Xokinqə kömək etmək üçün bir neçə üsul haqqında düşünür. Alim mimik əzələlərdən başqa üzünün bəzi digər əzələlərinə də nəzarət edə bilir: qaş və dodaqlarını bir qədər tərpədə bilir. İki müxtəlif hərəkət vasitəsilə artıq Morze əlifbasından istifadə etmək mümkündür. Hər şey uğurlu alındığı halda, mətnin yığılması sürəti 5-10 dəfə artacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL