waplog

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində çip texnologiyası qurulacaq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində nanotexnologiyalar üzrə laboratoriyanın quraşdırılması başa çatıb. Hazırda laboratoriyada tədqiqat və yüksək nanotexnologiya əsaslı məhsulların alınması üzrə işlər aparılır.

Laboratoriyada nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər həyata keçirilir. Hazırda rəngli və ağ işıq mənbələrinin (İşıq diodları) prototipləri hazırlanıb, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınıb və xassələri tədqiq olunur. Nanohissəciklərin ölçüləri 50 nm olan maqnit nanomaye alınıb. Alınan nanoboruların və maqnit mayenin nanohibridinin alınması nəzərdə tutulur ki, bu da onların xəstə orqanlara ötürülməsinə imkan verəcək.

Mərkəzdə istifadə olunan avadanlıqlar nəinki LED texnologiyası, həmçinin nanoelektronika üçün yararlı, universal avadanlıqlardır. Bu sahədə aparılan işlərin keyfiyyətinin artırılması və ən son texnologiyalar əsasında daha yüksək nəticələrin alınması üçün layihənin 2-ci mərhələsi olaraq, çip texnologiyasının qurulması nəzərdə tutulub.

Çip texnologiyasının əsasını MOCVD (Metal-Orqanik-Kimyəvi-Qaz-Çökdürmə) texnologiyası təşkil edir, bu texnologiya olmadan və inkişaf etdirilmədən Azərbaycanda "Hi-Tech" məhsullarının hazırlanması və kommersiyalaşdırılması mümkün deyil. MOCVD texnologiyası informasiya-kommunikasiya, energetika, yüksək təhlükəsizlik və s. sistemlərdə istifadə olunan bütün növ çiplərin, həmçinin "Dual band Image Sensor"un (ikizonalı sensorların) işlənib hazırlanmasına imkan verəcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL