Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2011-ci illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq təqribən 200 Gb/s-ə çatıb.
2012-ci il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən illə müqayisədə 72.4 mln. dəqiqə azalaraq 651.4 mln. dəqiqə, çıxış trafikinin həcmi 8,3 mln. dəqiqə artaraq 191.0 mln. dəqiqə təşkil edib.
2012-ci ildə ölkədə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərlə əlaqədar və ümumilikdə beynəlxalq rabitənin dayanıqlılığının yaradılması məqsədilə il ərzində beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 269 ədəd artırılaraq 9385 ədədə çatdırılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL