waplog

“Android” smartfon modelləri daha çox geri qaytarılır


Bəzi “Android” smartfon modellərinin geri qaytarılması 30% və hətta 40%-ə çatır. Müqayisə üçün, antenna konstruksiyasının xüsusiyyətlərinə görə mobil siqnalın zəif qəbulu ilə bağlı qalmaqal dövründə “iPhone 4”-ün geri qaytarılması 1,7% təşkil edib. Bu, “Apple” şirkətinin rəhbəri Stiv Cobsun səsləndirdiyi rəsmi göstəricidir. “iPhone 3GS”-in həmin anda geri qaytarılması isə 6% təşkil edib. Amerika qanunları istehlakçıya qarşı daha loyaldır. Əgər telefon xoşuna gəlmirsə, onu qaytarmaq olar. Belə mal yenidən qablaşdırılır və aşağı qiymətə satışa çıxarılır. “TechCrunch” redaktorlarının fikrincə, “Android” smartfonu üçün geri qaytarılmanın yüksək faizi adi istifadəçi üçün interfeys çətinliyinin nəticəsidir.


www.cnews.ru

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL