Yeni eynəklər müşahidə kameralarını “kor” edəcək
Hazırda, demək olar ki, dünyanın hər bir yerində xeyli videokamera quraşdırılıb. Bu cür qurğular çox vaxt üzün identifikasiyası funksiyası ilə təchiz edilmiş rəqəmli analitik sistemlə birgə işləyir.
Yaponiyalı iki alim bu platformaları neytrallaşdırmaq (kor etmək) üçün üsul hazırlayıblar.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, Tokio Milli İnformatika İnstitutunda işləyən alimlər daxili işıq diodları massivinə malik eynək yaradıblar.
Bu eynəyin unikallığı yaxın infraqırmızı diapazonda işləyən böyük sayda işıq diodunun mövcud olmasındadır və onlar insan gözü üçün görünməzdir.
Lakin müşahidə kameraları onların şüasından sadəcə "kor" olur və ya belə eynək taxmış insanın üzünü dəqiq qeydə ala bilmir. İstehsalçıların sözünə görə, eynəyin ticari versiyasının qiyməti 1 dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL