waplog

Mobil şəbəkələrin məhsuldarlığı azalır?


"Ağıllı" telefon və planşetlərin sürətlə populyarlaşmasının mənfi tərəfləri də var. "Deloitte" şirkətinin analitikləri bildirirlər ki, mobil "bum" rabitə xidmətlərinin qiymətinin artması və mobil şəbəkələrin məhsuldarlığının azalması ilə nəticələnəcək.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, operatorlar tezliklə cihaz axınının öhdəsindən gəlmək iqtidarında olmayacaq, çünki adi mobil telefonlarla müqayisədə 35 dəfə daha çox mobil trafik sərf edən "ağıllı" telefonlar tədricən onları əvəz edir.

Bu qurğular şəbəkələri güclü yükləyir və yaxın gələcəkdə mobil internetin orta sürəti 1 Mbit/s-dən aşağı ola bilər. Bundan başqa, tezlik defisiti artacaq. Analitiklərin proqnozuna əsasən, 2013-cü ilin sonuna dünyada "LTE" abunəçilərinin sayı 200 milyona çatacaq.

Bu göstərici 2011-ci illə müqayisədə 17 dəfə çoxdur. 2013-cü ildə "LTE" şəbəkələrini dəstəkləyən 300-dən çox yeni qurğu istehsal ediləcək. Dünyanın 75 ölkəsində "LTE" xidmətlərini təklif edən operatorların sayı 200-ə qədər artacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL