İsveçrəli mühəndislər çox yüksək faydalı iş əmsalına malik günəş panelləri yaradıb
İsveçrəli mühəndislər çox yüksək faydalı iş əmsalına (FİƏ) malik nazik plyonkalı günəş panellərinin yeni nəslinin hazırlanması haqqında məlumat verib. Yeni panellərin əsasını “CIGS” (copper indium gallium (di) selenid) kompleks birləşməsindən yaranan elastik polimerlər təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni günəş panellərinin FİƏ-si 20,4 faizə çatır. Əvvəlki rekord 2011-ci ildə qeydə alınmış 18,7 faizə bərabər idi. Yeni günəş panelləri əsasında istənilən forma və ölçüdə panellər yaratmaq mümkündür.
Bundan başqa, yaradılmış panellər kütləvi istehsala yararlıdır və maya dəyəri kifayət qədər aşağıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL