“Karabakh Telecom”la rouminq əməkdaşlığının dayandırılması istiqamətində işlər davam etdirilir
Hesabat dövründə 2012-ci il ərzində rabitə xidmətlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün RİTN-ə 12 ədəd müraciət daxil olub. Daxil olan müraciətlərə mövcud qaydalara əsasən baxılıb, sürətli poçt xidmətləri üzrə 2 ədəd, telekommunikasiya xidməti üzrə 5 ədəd yeni lisenziya verilib. Yeni texnologiyaların tətbiqi məqsədilə "Azercell Telekom" MMC tərəfindən "4G LTE" texnologiyasının tətbiqinə başlanılıb, digər operatorlar tərəfindən də tətbiqi istiqamətində işlər aparılır. Azərbaycan bu texnologiyanı tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsidir.
Hesabat dövründə həyata keçirilmiş tədbirlər nəticəsində respublikamızda fəaliyyət göstərən mobil operatorlar tərəfindən əvvəlki illərdə (2010-2011-ci) müxtəlif ölkələrin operatorları ilə rouminq tariflərində edilmiş endirimlərdən əlavə olaraq, digər ölkələrin operatorları ilə əldə edilmiş razılığa əsasən rouminq xidmətlərinin qiymətləri aşağı endirilib.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh Telecom" şirkəti ilə xarici ölkələrin mobil rabitə operatorları arasında olan rouminq əməkdaşlığın dayandırılması məqsədilə, Xarici İşlər Nazirliyi və mobil operatorlarla birgə tədbirlər də görülüb. Belə ki, 2012-ci ildə 17 ölkənin 19 mobil operatoruna ünvanlanmış müraciətlər nəticəsində artıq 11 xarici mobil operator "Karabakh Telecom"la rouminq əməkdaşlığını dayandırıb.
Bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda, RİTN-in 03.09.2012-ci il tarixli 01 nömrəli qərarı ilə yeni "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları" təsdiq edilib, 12.09.2012-ci il tarixində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilib və 13.09.2012-ci il tarixində qüvvəyə minib. 2012-ci il ərzində ümumistifadəli telekommunika¬siya şəbəkə¬sində istifadə üçün operatorlara stasionar telefon rabitəsi xidməti üçün 10208 ədəd prefiks, hüquqi və fiziki şəxslərə müraciət və sorğuların cavablandırılması üçün 31 ədəd üçrəqəmli nömrə və 4 ədəd dördrəqəmli nömrə, eyni zamanda 5 ədəd milli nöqtə (point) kodu ayrılıb.
Mövcud qanunvericiliyə uyğun qaydada RİTN-ə təqdim edilmiş müraciətlər əsasında 2012-ci il ərzində müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 375 ədəd xüsusi icazə də verilib. Müxtəlif tipli telekommuni¬kasiya vasitələri və qurğularına 1595 ədəd "Uyğunluq sertifikatı" verilib ki, bu da keçən ilin müvafiq dövrü (1128 ədəd) ilə müqayisədə 467 ədəd çoxdur.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL