waplog

“Google” "iPad”ın “qatil”ini təkmilləşdirəcək


Planşetlər arasında ən aydın ekrana və sürətli mobil prosessora malik olan "Nexus 10" təkmilləşdiriləcək. Qeyri-rəsmi məlumata görə, "Google" şirkəti qurğunun məhsuldarlığından narazıdır, çünki "Samsung Exynos" çipi 4 milyon piksel təsvir ölçüsünə malik ekran üçün o qədər güclü deyil.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, bu çatışmazlığın "Nexus 10" planşetinin ikinci nəslində aradan qaldırılacağı gözlənilir. "Bright Side of News" nəşri yazıb ki, "quqlplanşet" 8 nüvəli qrafikaya malik dördnüvəli prosessorla təchiz oluna bilər. Nəşr qeyd edir, "Nexus"un yeni nəsli əvvəlki kimi 2560х 1600 piksel təsvir ölçüsünə malik 10 düymlü ekran və 2 QB əməli yaddaşla təchiz ediləcək.

Ehtimal ki planşeti yenə "Samsung" istehsal edəcək. "Nexus 10" planşetinin təkmilləşdirilmiş versiyasının çıxarılma tarixi və qiyməti məlum deyil.

Cari model ABŞ-da 400 dollaradır. Xatırladaq ki, "Google" şirkəti "Nexus 10" planşetini 2012-ci ilin oktyabrında təqdim edib. Qurğu keyfiyyətli ekrana, ikinüvəli "Exynos 5250" prosessoruna malikdir, akkumulyator batareyasının tutumu 9000 milliamper/saat təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL