Bu il respublika ərazisində analoq televiziya yayımı dayandırılacaq
2012-ci ildə ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib. Bunlardan 16 ədədi rəqəmli DVB-T verici olub. Azərbaycanda hazırda 25 televiziya kanalı fəaliyyət göstərir, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır. 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir.
Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılıb ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin planı bu sistemi regional mərkəzə çevirməkdir. Televiziya və radio proqramlarının əhali üzrə yayım əhatəsi AzTV üzrə 99,9, "İctimai" TV üzrə 89,0, "Lider" TV üzrə 88,0, ATV üzrə 82,2, ANS TV üzrə 80, "Xəzər" TV üzrə 78, ATV-İNT üzrə 23, "Mədəniyyət" TV üzrə isə 70 faiz təşkil edir. 2013-cü ilə qədər ölkəmizdə rəqəmsal yayıma keçidin tam təmin edilməsini nəzərdə tutan "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı" üzrə işlər davam etdirilib.
Artıq bu istiqamətdə görülmüş tədbirlər nəticəsində respublika əhalisinin yaşadığı ərazi¬lərin 93 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. 2013-cü ildə respublika ərazisində analoq televiziya yayımının dayandırılacağı və rəqəmli yayımın qalan ərazilərdə tətbiqi nəzərdə tutulur.
Bundan əlavə olaraq, hesabat dövründə respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL