Azərbaycan Avropa İrs Şəbəkəsi layihəsinin elektron məlumat bazasının yenilənməsi ilə bağlı keçirilən tədbirdə təmsil olunub
21-22 yanvar tarixində İsveçrənin Bern şəhərində Avropa Şurasının və İsveçrə Hökumətinin birgə təşkilatçılığı ilə Avropa İrs Şəbəkəsi (HEREİN) layihəsinin koordinatorlarının işçi qrupunun görüşü keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, işçi qrupunun görüşünün keçirilməsinin əsas məqsədi layihənin elektron məlumat bazasının yenilənməsi ətrafında müzakirələrin aparılması olub.
Sözügedən tədbirdə Azərbaycanı MTN-in Mədəni irs şöbəsinin bərpa-layihələndirmə və ekspertiza sektorunun aparıcı məsləhətçisi Teymur Vəliyev təmsil edib. Avropa İrs Şəbəkəsi (HEREİN) 1999-cu ildə Avropa Şurası tərəfindən təsis edilib və təşkilata üzv dövlətlərin mədəni irs sahəsində dövlət siyasətini həyata keçirən orqanların koordinasiyasını təşkil edən beynəlxalq şəbəkədir. CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL