waplog

Yaponiyada iki ekranla təchiz edilmiş “ağıllı” telefon təqdim edilib


Yaxın keçmişə nəzər saldıqda, qeyri-adi telefonları məhz yaponiyalı istehsalçıların yaratdığını görürük, lakin son illərdə "Sharp" və ya "Fujitsu" kimi şirkətlər standart "Android" telefonlar istehsal edirlər. Lakin "NEC" şirkəti iki ekranla təchiz edilmiş "Medias W N-05E" "ağıllı" telefonunu təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, cihaz iki ədəd 4,3 düymlü "HD" ekrana malikdir. Telefon 1,5 QHs takt tezliyində işləyən prosessorla təchiz edilib və ona "Android 4.1" versiyası quraşdırılıb. Əlavə ekran əməliyyat sisteminin interfeysinin genişləndirilməsi üçün və ya ayrıca ekran kimi istifadə edilə bilər.

Hər iki ekran vahid ekranın rejimində istifadə olunduqda brauzer planşetdə olduğu kimi veb-səhifələrin tam versiyasını yükləyə bilir. "The Verge" nəşri qeyd edib ki, iki ekranda naviqasiyadan istifadə etmək ənənəvi "ağıllı" telefonla müqayisədə daha rahat və əlverişlidir.

Bir ekranda videoya baxmaq, digərində isə məsələn, çatlaşmaq və ya xəbər oxumaq imkanını çoxları bəyənəcək. "Yeni qurğuda mətni yığmaq, həmçinin çox rahatdır" – nəşrin jurnalistləri yazıblar. Təəssüf ki, yeni "ağıllı" telefonla uyğun tətbiqlər çox azdır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL