Poçt vasitəsilə nə qədər məktub göndərilib?
Azərbaycanda ənənəvi poçt xidmətlərinə tələbat günü-gündən artır. "Azərpoçt" MMC-nin baş direktor müavini Sübhan Kazımovun sözlərinə görə, ötən il poçt şöbələri tərəfindən əhaliyə göstərilən ənənəvi poçt xidmətlərinin hesabatının aparılması zamanı bu, bir daha öz təsdiqini tapıb.
Belə ki, ötən il poçt şöbələri tərəfindən göstərilən ənənəvi xidmətlərdən ən klassiki sayılan sadə və sifarişli məktub korrespondensiyası sayı 4 804 030 ədəd (o cümlədən, sadə 1 594 014 ədəd, sifarişli 3 210 016 ədəd), beynəlxalq sadə məktub və banderolların sayı 134 028 ədəd, sifarişli məktub və banderolların sayı 40 878 ədəd, beynəlxalq kiçik paketlərin sayı 9 087 ədəd, daxili bağlamaların sayı 98 889 ədəd olub.
Beynəlxalq bağlamaların sayı isə 9 130 ədəd təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% (493 ədəd) çoxdur. Qeyd edək ki, "Azərpoçt" MMC ənənəvi xidmətlərin daha da genişləndirilməsi məqsədilə regionla poçt filialları ilə fərdi layihələr həyata keçirir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL