"Əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, informasiya-kommunikasiya texnologiyaları sahələrinə investisiya cəlb etməkdir".
Riçard Kest: Cənab Prezident, burada, Davosda Sizin üçün ən əhəmiyyətli məsələ nədir? Əlbəttə, bilirik ki, ləng qlobal artım məsələləri gündəmdədir. Bu məsələlər inkişaf edən bazarlara və ölkələrə necə təsir göstərir? Bu, Sizi sözün əsl mənasında narahat edirmi?
Prezident İlham Əliyev: Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda "CNN-İnternational" televiziya kanalının iqtisadi məsələlər üzrə müxbiri Riçard Kestə müsahibəsindən.
23.01.2013
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL