waplog

2016-cı ilədək “LTE” şəbəkəsindən 1 milyarddan çox insan istifadə edəcək


2012-2016-cı illər ərzində “LTE” şəbəkəsinin abunəçi bazasının illik artımı orta hesabla 139 faiz təşkil edəcək. 2016-cı ilin sonuna yaxın dünyada 1 milyarddan çox “LTE” abunəçisinin olacağı gözlənilir.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “IHS iSuppli” analitiklərinin məlumatına əsasən, 2013-cü ildə “Long Term Evolution” (LTE) dördüncü nəsil mobil rabitəsindən istifadə edən abunəçilərin sayı 198,1 milyona çatacaq. 2013-cü ildə “LTE” abunəçilərinin sayı 2012-ci illə müqayisədə 115 faiz artacaq. “Long Term Evolution” texnologiyası abunəçilərin internetə 100 Mbit/s-dək sürətlə mobil qoşulmasına imkan yaradan mobil rabitə şəbəkələri təkamülünün əsas istiqamətidir. “LTE” əvvəlki nəsil standartlarla müqayisədə yeni imkanlar təklif edir:

“HD” formatlı videonun real vaxt rejimində ötürülməsi, videoəlaqə, mobil oyunlarda çox oyunçu rejiminin dəstəklənməsi və s. Birinci “LTE” şəbəkə 2010-cu ildə istifadəyə verilib.

Əgər 2010-cu ildə “LTE” abunəçilərinin sayı 610 minə bərabər idisə, 2011-ci ildə onların sayı 22 dəfə artaraq 13,2 milyon təşkil etmişdi. 2012-ci ildə isə dünyada “LTE” abunəçilərin sayı ötən illə müqayisədə 7 dəfə artıb. “IHS iSuppli” analitiklərinin proqnozuna görə, 2016-cı ilədək dünyadakı “LTE” abunəçilərin sayı 1 milyardı ötəcək. Qeyd edək ki, “Strategy Analytics” tədqiqat şirkəti 2013-cü ili “LTE ili” adlandırıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL