Efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarını avtomatik aşkarlayan şəbəkə qurulur
Respublikada yaradılması nəzərdə tutulan "Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi"nin tərkib hissəsi olan radiomonitorinq məntəqələrinin yerinin ( ilkin olaraq Bakı, Gəncə şəhəri, Abşeron və Masallı rayonlarında) BTİ-nin tövsiyələrinə və beynəlxalq standartlara uyğun seçilməsi, müvafiq yerlərin alınması, mövcud məntəqələrin müvafiq yerlərə dəyişdirilməsi, radiomonitorinq məntəqələrinin tikintisi və s. üzrə tədbirlər davam etdirilir.
Artıq satınalma proseduru da keçirilib. Şəbəkənin qurulması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Mövcud radiomonitorinq şəbəkəsi ilə müqayisədə yeni qurulacaq şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan tezlik spektrinə nəzarəti təmin edə bilir və avtomatik idarə olunur.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL