waplog

“Symantec”in rüblük nəticələri bazarın gözləntilərini üstələyib


Dünyanın ən böyük antivirus proqramı istehsalçısı "Symantec"in ötən rüb üzrə nəticələri bazar gözləntilərindən yuxarı olub. Verilənləri idarə etmək üçün proqram təminatına olan sabit tələbat şirkətə uğur gətirib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Symantec"in mədaxili 1,79 milyard ABŞ dolları təşkil edib və bu, 2011-ci ildə qeydə alınmış göstəricidən 4.4 faiz çoxdur. Verilənlərin saxlanılması və serverlərin idarə edilməsi üçün proqram təminatı satışlarının həcmi 7,8 faiz artaraq 666 milyon dollar təşkil edib.

Təhlükəsizliyin təmini üçün məhsulların satışlarından əldə olunan gəlir 3,3 faiz artıb. Üçüncü maliyyə rübündə şirkətin əməliyyat mənfəəti 1 səhm üçün 45 sent təşkil edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL