waplog

“İKT ili” çərçivəsində yeni elektron ATS-lər tikiləcək


"Aztelekom"İB vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün kompleks tədbirlərə başlayıb. Birliyin baş direktoru Məhəmməd Məmmədov "ictnews.az"-a açıqlamasında bildirib ki, burada söhbət müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə yanaşı, inzibati binaların estetik vəziyyətə gətirilməsi, abunə şöbələrinin müasirləşdirilməsinə qədər işlərdən gedir.

"Birlik bütün ölkə üzrə yaşayış məntəqələrini elektron stansiyalarla təmin etməklə müasir rabitə sistemini yaradıb". Baş direktor bildirdi ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Balakən TKQ-nin inzibati və texnoloji binasına bitişik yeni iş otaqları, Hacıqabulun Meyniman, Bərdənin Mehdili və Gülgəzli, Zaqatalanın Gözbarax və Qazangül kəndlərində yeni EATS binaları tikilib. Baş direktor 2013-cü ili "İKT ili" elan edilməsi ilə bağlı geniş Tədbirlər planının hazırlandığını və orada da yeni EATS binalarının tikilməsi məsələlərinin yer alacağını qeyd edib.

"Hələlik Tədbirlər planının hazırlanması üçün işlər aparılır. Rayonlarda təkliflər daxil olmaqdadır. Bu təkliflərə qısa zamanda baxıldıqdan sonra qərar veriləcək". Onun sözlərinə görə, digər rayonlarda və bölgələrdə uyğun tədbirlər davam edir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL