waplog

Proqram həlləri istehsalçısı kasıblayır


Müəssisələr üçün proqram həlləri istehsalçısı Almaniyanın "SAP AG" şirkəti dördüncü rüb və ümumilikdə 2012-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin nəticəsinə görə "SAP" şirkətinin xalis mənfəəti 2011-ci illə müqayisədə 18 faiz azalaraq 2,83 milyard avro təşkil edib. İl ərzində 1 səhm üçün gəlir 2.89-dan 2,37 avroya qədər azalıb. Əməliyyat mənfəəti 2011-ci illə müqayisədə 17 faiz azalaraq 4,06 milyard avroya bərabər olub.

Şirkətin mədaxili 14 faiz artaraq 16,2 milyard avro təşkil edib. 2012-ci ildə proqram təminatı satışlarının həcmi 13 faiz artaraq 4,66 milyard dollar təşkil edib. Proqram təminatı üzrə göstərilmiş xidmətdən əldə olunan gəlir 16 faiz artaraq 13,16 milyarda, proqram təminatı və "bulud" xidmətlərinə abunələrdən isə 19 faiz artaraq 4,93 milyard avroya bərabər olub. 2012-ci ilin dördüncü rübündə "SAP"-ın mədaxili 12 faiz artaraq 5.02 milyard avro təşkil edib.

Rüblük xalis mənfəət 1,1 milyard avroya bərabər olub. Şirkət proqram təminatı satışlarından ,93 milyard avro (+9 faiz) qazanıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL