waplog

Kart itirildikdə onu «İnternet banking» və «Mobil banking» xidmətləri vasitəsilə bloklaşdırmaq mümkündür


Kartlarla yaranan genişmiqyaslı problemlərdən biri də kartların bloka düşməsidir. Bəs kartlar bloka düşdüyü zaman hansı addımlar atılmalıdır? "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə , «banker.az»-ın ekspertləri bu sualı cavablandırıblar.

Ekspertlər bildirir ki, kartların bloklaşması halının ən geniş yayılmış nümunəsinə misal olaraq ŞEN kodun 3 dəfə yanlış daxil edilməsi göstərilə bilər. Çünki belə olduqda kart avtomatik olaraq bloklaşır. Bloklaşan kodu aktivləşdirmək üçün onun sahibi dərhal banka yaxınlaşmalıdır.

Eyni zamanda məlumat mərkəzi və ya bankla əlaqə saxlamaq olar. Telefon vasitəsilə ŞEN kodun aktivləşdirilməsi, kart sahibinin kart hesabı açılması üçün ərizədə qeyd etdiyi kod sözü və ya digər məlumatları demək də mümkündür.

Bununla yanaşı, kartlar texniki problemlə bağlı olaraq bankomatlarda ilişib qala da bilər. Kartın bankomatda qalması onun sahibinin səhlənkarlığı səbəbindən də ola bilər. Buna misal olaraq bildirək ki, istifadəçi bankomatdan pul çıxartdırsa və bu zaman kartı götürmürsə, onda bankomat avtomatik olaraq kartı geri çəkir. Bu da istifadəçinin kartının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Onu da bildirək ki, kartın blokdan çıxarılması pullu xidmətdir.

Lakin Azərbaycanda fəaliyyət göstərən bir neçə bank bu xidməti tam pulsuz olaraq həyata keçirir. Ekspertlər onu da vurğulayır ki, istifadəçilər öz kartlarını bilərəkdən bloklaşdıra da bilərlər: «Misal, kartınızı itirdiyiniz zaman onu təhlükəsizlik baxımından bloklaşdırmaq lazımdır.

Bunun üçün siz mütləq kartınızın aid olduğu banka və ya filialına müraciət etməlisiniz. Bloklaşdırma səbəblərinə itirilmə ilə yanaşı, həm də oğurlanma, ATM-də saxlanılma və s. digər hallarda aid edilə bilər. Kartın bloklaşdırılması üçün isə "İnternet banking" və "Mobil banking" xidmətlərindən istifadə edə bilərsiniz. Bu xidmətlər vasitəsilə kartınız itdiyində onu dərhal bloklaşdıra bilərsiniz».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL