Ötən il pərakəndə əmtəə dövriyyəsində elektron ticarət dövriyyəsinin həcmi 1 599,8 min manat olub
2012-ci ildə pərakəndə əmtəə dövriyyəsində elektron ticarət dövriyyəsinin həcmi 1 599,8 min manat olub. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Komitə bildirir ki, ötən il ərzində Azərbaycan ərazisində 46 hüquqi və fiziki şəxsə məxsus ticarət müəssisələri öz fəaliyyətində elektron ödəniş sistemlərindən istifadə edib və bununla da elektron ticarəti tətbiq edib. DSK-nın məlumatında vurğulanır ki, elektron ticarət üzrə istehlak mallarının satışının 79,9%-i hüquqi şəxslərin, 20,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib.
Eləcə də məlum olub ki, keçən il Azərbaycanda həyata keçirilən elektron ticarət dövriyyəsinin 93,3%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL