Vətəndaşların istəklərinə uyğun yeni poçt şöbələri açılacaq
Yeni poçt şöbələrinin istifadəyə verilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən diqqət mərkəzində saxlanılır.
Bu sözləri “ICTnews” elektron xəbər xidmətinə nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, ayrı-ayrı kənd və qəsəbələrin sakinləri tərəfindən RİTN-ə yeni poçt şöbələrinin açılması ilə bağlı etdikləri müraciətlər ciddi şəkildə araşdırılır və universal rabitə xidmətlərinin ölkə ərazisində tətbiqinə dair normativə uyğun olaraq təhlillər aparılaraq yeni poçt şöbələrinin açılmasına rəy verilir”.
Təhlillərin nəticələrinə əsasən, 1 saylı Poçt Filialında (PF) 55 saylı, 2 saylı PF-də 70, 144 saylı, 3 saylı PF-də 16 saylı, 121 saylı, 4 saylı PF-də 88 saylı, 5 saylı PF-də 4 saylı, 84 saylı, 85 saylı, 86 saylı, 6 saylı PF-də 75 saylı, Lənkəran PF-də 5 saylı, Samux PF-də Burunqovaq, Abşeron PF-də isə Goradil poçt şöbələri açılıb”- deyə Məmmədov bildirib. Yeni poçt şöbələrinin yaradılması ilə əvvəlki poçt şöbələrinin də iş həcmində dəyişikliklər baş verir.
Əraziyə xidmət edən yeni poçt şöbəsi vasitəsilə vətəndaşlara məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılıb.
Qeyd edək ki, yeni yaradılan poçt şöbələri ilə əlaqədar poçtamtların poçt mübadiləsi marşrutunda da dəyişiklik edilir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL