“LG Electronics” şirkəti rüblük nəticələrini açıqlayıb
Cənubi Koreya şirkəti “LG Electronics” bütövlükdə rüblük nəticələrini açıqlayıb. İyul ayının 27-də dərc edilmiş hesabata əsasən, 2011-ci ilin ikinci rübündə “LG Electronics” şirkətinin xalis gəliri 87% olub. Göstəricilərin kəskin düşməsini panel seqmentində investisiyaların qaytarılması və məişətdə işlənən elektrik cihazları və kondisioner bölmələrində cari gəlirin ixtisarı ilə izah ediblər.
“Samsung” şirkətindən sonra ən böyük düz TV panel təchizatçısı bildirib ki, 2011-ci ilin aprel ayından iyun ayına kimi “LG Electronics” şirkətinin xalis gəliri 103 milyon ABŞ dolları təşkil edib. 2010-cu ildə isə bu göstərici 817 milyon Amerika dollarını ötmüşdü. Bununla belə, şirkətin 2 ardıcıl ziyanlı rübdən sonra üstünlük əldə etməsi pozitiv əlamətdir. Qeyd edilib ki, şirkətin əməliyyat gəliri 25% artıb və 150 milyon ABŞ dollarına çatıb. Satış həcmi 2010-cu ilin həminki dövrlə müqayisədə 0.2% azalıb və 13,7 milyard Amerika dolları təşkil edib.
www.dailycomm.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL