waplog

Bərdə sakinləri elektron xidmətlərlə bağlı maarifləndiriləcək


İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.

"İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda bu ilin ilk tədbiri yanvarın 29-da Bərdə rayonunda keçiriləcək.

Nazirlikdən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edəcək.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirlik tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat veriləcək, əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən onlayn rejimində istifadə proseduru nümayiş etdiriləcəkdir. "İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL