“Ağıllı” telefon və planşetlər onun gəlirlərini artırdı
Koreyanın "Samsung Electronics" şirkəti bildirib ki, 2012-ci ilin dördüncü rübündə onun mənfəəti "ağıllı" telefon və planşetlərin uğurlu satışı fonunda 76 faiz artıb.
Dərc edilmiş hesabata əsasən, 2012-ci ilin dördüncü rübündə Koreyanın elektron nəhənginin xalis mənfəəti 7,04 trilyon Koreya vonu və ya 6,6 milyard dollar təşkil edib. Şirkətin satış həcmi 1 il ərzində 18,5 faiz artaraq 56,1 trilyon dollar təşkil edib.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, rübün nəticəsinə görə, "Samsung" ən böyük mobil və "ağıllı" telefon satıcısı olaraq qalıb. Lakin son rübdə Koreya şirkətinin artım sürəti bir qədər zəifləyib və bu, bazar strukturundakı problemlərdən xəbər verir.
Müstəqil mütəxəssislərin hesablamasına görə, şirkət hesabat rübündə 110 milyon mobil telefon və 60 milyon "ağıllı" telefon satıb. Müqayisə üçün qeyd edək ki, "Apple" şirkəti müvafiq dövrdə 47,8 milyon "iPhone" satıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL