waplog

“Nokia” uzun müddət edə bilmədiyini bacardı


“Nokia” son 7 rüb ərzində ilk dəfə olaraq mənfəət əldə edib. 2012-ci ildə “Nokia”nın mədaxili 2011-ci illə müqayisədə 22 faiz azalaraq 30,2 milyard, şirkətin əməliyyat zərəri isə 2,3 milyard avro təşkil edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin dördüncü rübünün yekununa görə, şirkətin mənfəəti 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalaraq 8 milyard avro təşkil edib. Şirkətin əməliyyat mənfəəti isə 439 milyon avroya bərabər olub.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə şirkət 954 milyon avro həcmində zərərə məruz qalmışdı. 2012-ci ilin yekununa görə, “ağıllı” telefonların satış həcmi 50 faiz, mobil telefonlar isə 21 faiz azalıb. Şirkət il ərzində bazara 35,1 milyon “ağıllı” telefon və 300.5 milyon ənənəvi mobil telefon tədarük edib.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə bu göstəricilər müvafiq olaraq 77.3 və 339.8 milyon təşkil etmişdi. "Komandamızın səyi özünü rəqəmlərdə göstərdi. Biz buna şadıq, – “Nokia” şirkətinin baş direktoru Stiven Elop bildirib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL