waplog

“Windows 8” də onu xilas edə bilmədi


“Microsoft” korporasiyası rüblük məlumatları dərc edərək investorların “Windows 8” əməliyyat sisteminin nə fərdi kompüterlər, nə də planşetlər bazarında nəzərə çarpmayacağı ilə bağlı xəbərdarlıqlarını təsdiqləmiş olub.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, 2012-ci il dekabrın 31-də başa çatmış 2013-cü maliyyə ilinin ikinci rübündə şirkətin xalis mənfəəti 6,38 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlin analoji dövrün göstəricisindən 3,7 faiz azdır. Bu barədə “RİA Novosti” “Microsoft”un hesabatına istinadən yazır. Mənfəət dəyərinin bir səhm üçün nisbəti 0,76 dollar təşkil edib.

Hesabat rübü ərzində “Microsoft”un mədaxili 3 faiz artaraq 21,46 milyard dollara çatıb. Analitiklərin proqnozlarına əsasən, hazırda mədaxil həcminin əsas hissəsini kompüter proqram təminatından qazanan şirkət fərdi kompüterlər bazarında ümumi azalmanın müşahidə olunması fonunda 21,63 milyard dollar məbləğində mədaxil əldə etməli idi.

“Cybersecurity” saytının məlumatına görə, ümumilikdə “Windows” bölməsinin payı şirkətin ümumi mədaxilinin 24 faizini (5,88 milyard dollar) təşkil edib ki, bu da bir il əvvəlin analoji dövründən 11 faiz çoxdur. Lakin yeni əməliyyat sisteminin işıq üzü görməsi məqamında 11 faizlik göstərici çox az hesab edilir.

Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə “Windows 7” çıxandan sonra birinci rübdə “Windows” bölməsinin göstəriciləri 70 faiz artdığına görə bu dəfə də buna oxşar nəticə gözlənilirdi. “Microsoft” nümayəndələri isə bildirirlər ki, “Windows 8” haqqında fikir yürütmək hələ ki tezdir və bu əməliyyat sistemi vaxtı çatanda öz sözünü deyəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL