waplog

“Canon” sənədlər üçün yığcam skaner təqdim edib


"Canon" şirkətinin istehsal etdiyi "imageFORMULA P-208" yığcam skaneri dəqiqədə 16-dək şəkli ikitərəfli skan edə bilir.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, skanerin təsvir ölçüsü 1 düymdə 600 nöqtə təşkil edir, o, sənədlərin avtomatik daxil edilməsi qurğusu ilə təchiz edilib və həm mətni, həm də fotonu skan edə bilər. Qurğunun çəkisi 600 qram təşkil edir.

Skaneri işlətmək üçün onu yalnız "USB" portuna qoşmaq kifayətdir, "Windows" və "Mac OS" əməliyyat sistemlərini dəstəkləyir. Qurğu yanvarın sonuna kimi satışa çıxarılmalıdır və onun qiyməti 230 dollar təşkil edəcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL