Avtobuslarda turniket-kart ödəniş sisteminın tətbiqinə başlanacaq
Yaxın günlərdə Nəqliyyat Nazirliyi Bakı şəhərinin sərnişin avtobuslarında turniket-kart ödəniş sisteminın tədricən tətbiqinə başlayacaq.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, yeni sistemin tətbiqi ilə bağlı sınaq yoxlamaları da həyata keçirilib.
Bu sistem Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamı olaraq həyata keçirilən işlərin tərkib hissəsidir. Bununla əlaqədar olaraq, nazirlik onun nəqliyyatın intellektual idarə edilməsi sistemi ilə inteqrasiyası üzrə xüsusi proqram hazırlayıb.
Nəqliyyat Nazirliyi 2014-2015-ci ilə qədər Bakıdan savayı, Abşeron yarımadasını və ölkənin digər regionlarını əhatə edəcək Nəqliyyatı İntellektual İdarəetmə Sistemini tam istismara verməyi planlaşdırır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL