waplog

2012-ci ildə dünyada 1,6 milyard rabitə qurğusu satılıb


"Strategy Analytics" analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə 1,6 milyard rabitə mobil qurğusu satılıb. Ötən ildə olduğu kimi "Samsung", "Nokia" və "Apple" şirkətləri lider olaraq qalıblar. "ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə "ağıllı" telefon istehsalçıları bazara 700 milyondan çox qurğu tədarük edib.

Bu göstərici 2011-ci illə müqayisədə 43 faiz çoxdur. Satışların rekord həcminə baxmayaraq, "ağıllı" telefon bazarının artım tempi bir qədər zəifləyib. Analitiklər bunu bazarın "yetkin" mərhələyə keçməsi ilə əlaqələndirirlər. 2012-ci ilin dördüncü rübündə "ağıllı" telefonların tədarük həcmi 38 faiz artaraq 217 milyon təşkil edib.

"Strategy Analytics"-in məlumatına əsasən, 2012-ci ildə "Samsung" bazarda öz liderliyini daha da möhkəmləndirib: bazar payı 30 faiz təşkil edir və 213 milyon "ağıllı" telefon tədarük edib.

"Samsung"un məlumatına görə, 2012-ci ildə şirkətin mobil qurğular seqmentindən əldə etdiyi əməliyyat mənfəəti təxminən 2,5 dəfə artaraq 19,44 trilyon von (18 milyon dollar) təşkil edib.

2012-ci ildə "Apple" şirkətinin "ağıllı" telefon bazarı üzrə tədarük həcmi 46 faiz artıb: şirkət 136 milyon qurğu satıb və bazar payı 19 faizə bərabər olub. "Nokia" şirkəti ilin yekununa görə "ağıllı" telefon tədarükçüləri arasında üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL