waplog

Amerikalılar mobil kameranı uçurdacaqlar (VİDEO)


Amerikanın "Always Innovating" şirkəti "ağıllı" telefonlar üçün uçan mobil kamera prototipini təqdim edib. "MeCam" adlı qurğunun dörd pəri var. Məlumatı mobil aparata real vaxt rejimində ötürür və sahibini avtomatik rejimdə müşayiət edə bilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, kvadrokopter-kamera "ARM Cortex-A9" prosessoru, 1 QB əməli yaddaş, "Wi-FI", "Bluetooth" modulları, həmçinin maneə ilə toqquşmamaq və sahibini izləmək üçün 15 müxtəlif datçiklə təchiz olunub.

"MeCam" kameralarının satışa 2014-cü ildə təxminən 50 dollara çıxarılacağı gözlənilir.Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL