“Lenovo” şirkəti “BlackBerry” istehsalçısını satın ala bilər
Çinin elektronika istehsalçısı "Lenova" şirkəti "BlackBerry" kommunikatorlarını istehsal edən Kanadanın "Research in Motion" şirkətini satın almağı nəzərdən keçirir. Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda (VEF) "Lenovo"-nun maliyyə direktoru Vonq Vay Min bu cür bəyanatla çıxış edib.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Vay Minin sözlərinə görə, "Lenovo" artıq "RIM" şirkəti ilə danışıqlar aparıb. Kanada şirkətinin qərarı haqqında hələ ki məlumat yoxdur. Hazırda "RIM" şirkətinin maliyyə vəziyyəti ağırdır.
Şirkət 2008-ci ildən etibarən "iPhone" və "Android" qurğularının təzyiqinə tab gətirməyərək bazar dəyərinin təxminən 95 faizini itirib. Korporativ istifadəçilər və dövlət qulluqçuları "BlackBerry"-in ən sadiq pərəstişkarı olaraq qalırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL