waplog

Əmlak Məsələləri Dövlət Komitəsi ərazi idarələri ilə avtomatlaşdırılmış informasiya mübadiləsinin qurulmasını bu il başa çatdıracaq


2013-cü il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ərazi idarələri ilə avtomatlaşdırılmış informasiya mübadiləsinin qurulması işini başa çatdıracaq.

"ICTnews" elektron xəbər xidmətinə komitədən bildirilib ki, il ərzində qeydiyyat, daşınmaz əmlakın kadastrı və ünvan reyestri məlumatlarının qurumlararası optimal əlaqələndirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi də nəzərdə tutulur.

Bundan başqa, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin (DƏMQS) təkmilləşdirilməsi və qeydiyyat sisteminin məlumat bazasının mərkəzləşdirilməsi, DƏMQS-nin texniki təminatının gücləndirilməsi, yeni modulların formalaşdırılması da 2013-cü ildə davam etdiriləcək.

Nəzərdə tutulan bu işlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən həyata keçiriləcək.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL