Naxçıvan Dövlət Universitetində 150-ci elektron imtahan keçirilib
Naxçıvan Dövlət Universitetində 150-ci elektron imtahanın müvəffəqiyyətlə keçməsi semestr imtahanlarında tətbiq olunan bu yeniliyin dünya təhsil sisteminə inteqrasiya, tədrisdə müasir texnologiyaların tətbiqi baxımından zəruriliyini bir daha sübut edib.
"ICTnews" elektron xəbər xidmətinin NDU-ya istinadən verdiyi məlumata görə, universitetin rektoru, akademik İsa Həbibbəyli imtahan verəcək tələbələrlə görüşərək onlara uğurlar arzu edib, elektron imtahanların tətbiqi ilə bağlı onların arzu və təkliflərini öyrənib.
Qeyd olunub ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbənin öz biliklərini operativ şəkildə sərgiləməsi, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahanların texniki cəhətdən təkmilləşdirilməsi, sualların tərtibi ilə bağlı yeni təkliflər səsləndirilib.
Tələbələr elektron test üsulu ilə imtahanların gələcəkdə bütünlükdə tətbiq olunması arzusu ilə çıxış ediblər. Sonra imtahan başlayıb. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırıblar, imtahanı bitirdiklərini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə ediblər.
Rektor, akademik İsa Həbibbəyli, tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid imtahan prosesini izləyiblər.
Qeyd edək ki, elektron imtahanların gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinməyib, şikayətlərə baxılması və obyektiv həlli məqsədilə appelyasiya komissiyası yaradılıb.
Semestr imtahanlarının yeni üsulla keçirilməsi özünü doğrultduğuna görə artıq universitetin müxtəlif kafedraları bütünlükdə elektron test üsulu ilə imtahanlara keçmək üçün müraciət edib, bununla bağlı müvafiq hazırlıq işlərinə başlanılıb.
Gələcəkdə imtahan fənlərini daha dolğun əhatə etmək məqsədilə sualların artırılması və təkmilləşdirilməsi nəzərdə tutulur.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL