waplog

Azərbaycanda kompüter bilikləri sahəsində Milli test mərkəzləri qurulacaq


Qafqaz Universitetində (QU) Avropa Birliyinin TEMPUS Proqramı çərçivəsində universitetin qazanmış olduğu “Kompüter bilikləri sahəsində milli test mərkəzləri”nin yaradılması layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumat verən QU-nun Mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev bildirib ki, tədbirdə Qafqaz Universitetinin prorektoru, professor Cihan Bulud layihədə 5 Avropa universiteti və 11 yerli universitetin nümayəndəsinin iştirak etməsindən söz açıb. Latviya, Litva, İspaniya, İsveç və Polşa universitetlərinin nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində biliklərin artırılmasından və onların ölçülməsindən ibarətdir.

Bundan başqa, layihə çərçivəsində bu test mərkəzlərinin Azərbaycanda qurulması üçün yerli mütəxəssislərin müəyyən müddətlərdə adları qeyd olunan ölkələrdəki universitetlərə ezam olunmaları, oradakı mövcud təcrübəni yaxından öyrənərək Azərbaycanda tətbiqi nəzərdə tutulub. Layihə üç il müddətinə həyata keçiriləcək və 2015-ci ilin oktyabr ayında yekunlaşacaq. Layihənin yekununda Azərbaycanın müxtəlif universitetlərində sertifikatlaşdırılmış test mərkəzləri fəaliyyətə başlayacaq.

Cihan Bulud layihənin Qafqaz Universitetinin TEMPUS proqramı çərçivəsində əldə etdiyi ən böyük layihə olduğunu da vurğulayıb:

“Bundan başqa, Qafqaz Universiteti 2008-ci ildən Avropa Birliyinin bir çox layihələrində də iştirak edir. Hazırda belə layihələrin sayı 6-ya çatıb. Bu layihələr universitetin beynəlxalq ictimaiyyətdə tanınması və dünya təcrübəsinin Azərbaycana gətirilməsində xüsusi əhəmiyyət daşıyır”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL