waplog

2013 sensor noutbukların ili olacaq


Bu il kompüter qurğularının dünya bazarında sensor ekranlara malik noutbuklar diqqət mərkəzində olacaq. Əgər ötən il bu tip modellərin yayılma dərəcəsi 0,9% idisə, 2013-cü ildə 7,3%-ə qədər artacaq. Tayvanın tədqiqat şirkəti olan "TrendForce"-un mütəxəssislərinin proqnozlarına görə, artıq 3 ildən sonra bu göstərici 35% təşkil edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, 2013-cü ilin ikinci yarısında sensor noutbukların nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir. Bu, sensor ekranların birləşdirici kontrollerlərinin maya dəyərinin azalması nəticəsində baş verəcək. "TrendForce" bildirib ki, sensor noutbukların uğur qazanmasında proqram təminatı həlledici rol oynamalıdır. Ekspertlər qeyd edirlər ki, "Windows 8" əməliyyat sisteminin istifadəçi interfeysi bir sıra qüsurlara malik olduğundan bu platforma üçün proqramların çeşidi hələ ki məhdudlaşdırılmışdır.

Mütəxəssislər sensorla idarə olunan leptopların gələcəyini müsbət qiymətləndirirlər. Lakin onlar xəbərdarlıq edirlər ki, smartfon və planşetlərin artmaqda olan məşhurluğu noutbuklar seqmentinə mənfi təsir göstərməkdə davam edəcək.

"Digitimes Research" şirkətinin analitikləri proqnozlaşdırırlar ki, 2013-cü ilin I rübündə dünya bazarına ümumilikdə 43,45 milyon leptop çıxarılacaq ki, bu da 2012-ci ilin həmin dövrü və əvvəlki kvartal ilə müqayisədə 8,9% və 10,4% daha az olacaq. Ekspertlər bildiriblər ki, əgər proqnoz təsdiqlənərsə, bu, 2009-cu ilin ikinci yarısından indiyə kimi ən aşağı rüblük nəticə olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL