“Nar Mobile” “İlin telekommunikasiya şirkəti” adına layiq görülüb
"Four Seasons" mehmanxanasında "Business Time" jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədilə təsis etdiyi ənənəvi "Azeri Business Award-2012" Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile" 2012-ci ilin yekunlarına görə "İlin telekommunikasiya şirkəti" adına layiq görülüb. Mərasimdə iştirak edən "Nar Mobile"-ın yeni baş direktoru Kent Maknili mükafat təsisçilərinə minnətdarlığını bildirərək, şirkətin cari və gələcək layihələri haqqında danışıb.
"Çox şadam ki, "Nar Mobile" növbəti dəfə belə nüfuzlu mükafata layiq görülür. 2012-ci il "Nar Mobile" üçün bir sıra yenilik və nailiyyətlərlə yadda qalmışdır. Abunəçilərimizin sayı 25% artmışdır. Azərbaycanda ilk dəfə olaraq uçuş zamanı rabitə xidmətlərinin göstərilməsinə başlamışıq.
Bundan əlavə, 2012-ci il London Olimpiya Oyunlarında Milli Olimpiya yığmamızın rəsmi kommunikasiya tərəfdaşı olmaqla yanaşı, bir sıra sosial layihələrə imza atmışıq. Əminəm ki, 2012-ci ildə qazandığımız çoxsaylı uğurlar 2013-cü ildə də davamlı olacaq və abunəçilərimiz yeni uğurlarımızın şahidi olacaqlar" – deyə şirkətin baş direktoru Kent Maknili bildirib.
Qeyd edək ki, "Azeri Business Award" mükafatı "Nar Mobile" şirkətinin təltif olunduğu ilk mükafat deyil. Bundan öncə də, "Nar Mobile" "İlin telekommunikasiya şirkəti", "İlin biznes şirkəti" və digər müxtəlif nominasiyalarda ali mükafatlara layiq görülüb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL