waplog

Yeni videokodek mobil “HD” videonu əlçatan edəcək


Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) “HEVC” (High Efficiency Video Coding) kimi tanınan “H.265” videokodekini təsdiqləyib. Qabaqcıl sıxma alqoritmləri tətbiq edilmiş yeni format yüksəkkeyfiyyətli axın videosunun aşağı keçirtmə qabiliyyətinə malik şəbəkələrdə yayımlanmasına kömək edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “HEVC” hazırda rəqəmli videonun kodlaşdırılması üçün standart olan “H.264” (MPEG-4) videokodekini əvəzləyəcək. Qeyd edək ki, internetdə yayımlanan çarxların 80 faizi bu formatdadır. Kodek “Blu-ray” disklərində, videokonfranslarda, həmçinin mobil telefonlarda çox tətbiq edilir.

Yeni kodek kadrları 64x64 piksel ölçüsündə (H.264 videokodekində 16х16-ya bərabərdir) bir neçə bloka bölür.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL